Premyer Liqanın 31-ci turunun “Turan Tovuz” – “Sumqayıt” oyununun biletləri satışa çıxarılıb.

Rekord.az xəbər verir ki, biletləri bu gündən etibarən stadionun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə etmək olar.

Qeyd edək ki, 2 AZN-lik biletlərlə yanaşı məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.

Oyun 19 apreldə, saat 16:30-da Tovuz şəhər stadionunda baş tutacaq.