"Turan Tovuz" niyə Bakıdan imtina edib Şəmkirə yollandı?
- 2019-11-24 17:00
- 1188
Bilidyiniz kimi Tovuz stadionu təmirə bağlandığından "Turan Tovuz" Bakıya üz tutmuşdu. Komandanın paytaxtdakı stadionların birində ev oyunlarını keçirəcəyi planlaşdırılırdı. Lakin sonradan komanda Şəmkirə üz tutmalı oldu.
Rekord.az-a daxil olan məlumata görə, buna səbəb maliyyə olub.
Belə ki, Bakıdakı stadionlarda bir oyunluq üçün icarə haqqı təxminən 400 manatdır. Şəmkir Olimpiya İdman Kompleksinin stadionunda isə bundan iki dəfə az məbləğə oynamaq mümkündür. Üstəlik, Şəmkir Tovuza yaxın olduğundan, tovuzlu azarkeşlər üçün də oyunlara getmək rahatdır.