Tovuz stadionunda yeniliklər durmadan artır

Rekord.az xəbər verir ki, işıqlandırma sistemi ilə bərabər arenada yeni "Fan food" da istifadəyə verilib.

Qısa zamanda "Fan Shop" da fəaliyyətə başlayacaq. "Fan food" azarkeşlərin ürəyincə olub. Belə ki, oyuna gələnlər matçın fasiləsində stadiondan çıxmadan yemək və su ehtiyaclarını ödəyə bilirlər. Təbii ki, klub da buradan müəyyən gəlir götürür. Düzdür, elə də böyük məbləğ sayıla bilməz. Məsələn, “Kəpəz”lə oyunda "Fan food" 400 manat gəlir götürüb. Lakin gələcəckdə çeşiidi və xidməti artırmaqla bu məbləği bir neçə dəfəyə qədər artırmaq olar.