Növbəti mövsümdən yenidən Premyer Liqada çıxış edəcək "Turan Tovuz" mövsümün hazırlıqlarını davam etdirir.

Rekord.az xəbər verir ki, yeni transferlər həyata keçirdən Tovuz təmsilçisi klubun rəsmi saytı üzərində də iş aparır.

Komanda ilə bağlı daha bir yeni xəbər isə ev oyunlarına bilet satışının olacağı ilə bağlıdır. Saytımıza daxil olan məlumata görə, klub rəhbərliyi ev oyunlarına bilet satışı həyata keçirəcək, biletlərin qiyməti isə 1 manat olacaq. Məsələ ilə bağlı klubun da mövqeyini öyrəndik və "Turan Tovuz"un mətbuat katibi Süleyman Tağıyev də "Turan Tovuz"un ev oyunlarına girişin pullu olacağını təsdiqlədi.