Premyer Liqaya vəsiqə qazanan "Turan Tovuz"un futbol akademiyasında da dəyişiklik olacaq.

Rekord.az xəbər verir ki, hazırda akademiyaya rəhbərlik edən Adil Şükürov böyük ehtimalla Tovuzdan ayrılacaq.

Düzdür, Şükürov hazırda Tovuzdadır və işinə davam edir. Lakin məsələ burasındadır ki, yaxın zamanlarda müqaviləsi başa çatır və ona yeni müqavilə təklif olunmayıb. Özü dıə nədənsə Tovuzda qalmaqda maraqlı deyil. Əsas komandada olduğu kimi, akademiya ilə bağlı suallara da tam olaraq mövsümün sonunda aydınlıq gələcək.