Azərbaycan Basketbol Liqasında 18-ci tura bu gün yekun vurulacaq.


Rekord.az xəbər verir ki, turun sonuncu qarşılaşmasında "Neftçi" ilə "Gəncə" kollektivi üz-üzə gələcək.


Matç Sərhədçi İdman Mərkəzində, saat 17:00-da başlayacaq.


"Gəncə" A qrupunda 25 xalla üçüncüdür. Eyni xala malik "Neftçi" isə 4-cü sırada yer alıb.


Turun əvvəlki matçlarında "Sumqayıt" "Quba"nı (117:116), "Sərhədçi" "Ordu"nu (70:67), "Naxçıvan", "Lənkəran"ı (104:73), "Sabah" "Şəki"ni (102:82), "Abşeron Lions" isə NTD-ni (107:88) məğlub edib.