Futbol üzrə İran çempionatında mövsümün sonuncu - 30-cu turunun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti oyununa  çıxıb.
 
Təbriz klubu səfərdə “İstiqlal”la qarşılaşıb. “Traktorçular” bu matçdan ağır məğlubiyyətlə ayrılıblar - 1:7.

“Traktor” 30 turda topladığı 52 xalla 16 kollektiv arasında 4-cü yeri tutub.