"İmişli"də baş məşqçinin səlahiyyətlərinin müvəqqəti icrası Perkonsa tapşırıldı
- 18:40
- 39
"İmişli" klubunda baş məşqçinin səlahiyyətlərinin müvəqqəti icrası köməkçi məşqçi Ervins Perkonsa həvalə olunub.
Bu barədə Rekord.az-a bölgə təmsilçisindən məlumat verilib.
Latviyalı mütəxəssis müvəqqəti olaraq komandanın məşq prosesinə və oyunlara hazırlığa rəhbərlik edəcək.
Xatırladaq ki, "İmişli" ötən gün baş məşqçisi Fərid Namazovla yollarını ayırıb.