"Sabah" basketbol komandası FIBA Çempionlar Liqasında növbəti oyununa bu gün çıxacaq.


Rekord.az xəbər verir ki, Azərbaycan təmsilçisi müntəzəm mövsümün II turunda Türkiyənin "Trabzonspor" klubunun qonağı olacaq.


Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.


Xatırladaq ki, A qrupunda "Trabzonspor" və "Ritas"ın (Litva) 2, "Nanter 92" (Fransa) və "Sabah"ın 1 xalı var. Azərbaycan çempionu I turda səfərdə "Ritas"a uduzub - 73:82.