Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyada keçirilən dünya çempionatında Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) seçməsini məğlub edib.


Rekord.az xəbər verir ki, yığmamız Mali Loşin şəhərində baş tutan görüşdə 4:2 hesablı qələbə qazanıb.


Qeyd edək ki, komanda ötən gün keçirdiyi görüşlərdə Rumıniyan ilə heç-heçə (3:3) edib, Çexiyanı isə üstələyib - 4:2.


Milli növbəti matçını sabah Slovakiya komandasına qarşı keçirəcək.