Millimizin oyununun təyinatları açıqlandı
- 17:20
- 34
Futzal üzrə dünya çempionatının əsas mərhələsində keçiriləcək Çexiya - Azərbaycan oyununun təyinatları müəyyənləşib.
Rekord.az xəbər verir ki, qarşılaşmanın əsas referisi ingiltərəli Peter Nurse olacaq.
Uelsli Valentin Ciuplea ikinci, şotlandiyalı Dunkan Mklulliç üçüncü hakim kimi təyinat alıb. Çexiyalı Luboş Ruql "timekeeper", portuqaliyalı Nunu Boqolyo hakim-inspektor, finlandiyalı Yurki Filppu UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
Xatırladaq ki, Azərbaycan komandası DÇ-2028-in əsas mərhələsində Çexiya ilə oktyabrın 16-da üz-üzə gələcək.