Legionerlərin istəyi ilə göndərilib?
- 13:00
- 47
Fərid Namazovun "İmişli"dən ayrılmasının bəzi detalları məlum olub.
Rekord.az-a etibarlı mənbədən daxil olan məlumata görə, gənc məşqçinin getməsini komandanın legioner futbolçuları istəyib.
Belə ki, onlar yığışaraq rəhbərliyə Namazovdan şikayətə gedib. Bildiriblər ki, onunla işləmək istəmirlər. Səbəb kimi, məşqçinin futbolçularla kobud davranmasını, hətta söyməsini göstəriblər. Qeyd ediblər ki, Namazovun rəhbərliyi altında məşqə çıxmayacaqlar. Vəziyyətinin ciddiliyini görən rəhbərlik, həmçinin nəticələrin də ürəkaçan olmadığını da nəzərə alıb, Fərid Namazovla yolları ayırmağa qərar verib.