Tovuz Olimpiya İdman Kompleksində Tovuz rayonu üzrə gənclər və idman sektorunun və Tovuz rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə "5 Dekabr - Beynəlxalq Könüllülər Günü"nə həsr olunmuş yeniyetmə və gənc könüllülər arasında atletika üzrə rayon turniri keçirilib.

Rekord.az xəbər verir ki, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı, bütövlüyü uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

İştirakçılar qarşısında çıxış edən Tovuz rayonu üzrə gənclər və idman sektorunun müdiri Vasif Abdullayev rayonda könüllülük fəaliyyətinin geniş vüsət almasını, onların gənclər və idman sahəsində səmərəli fəaliyyətini diqqətə çatdırıb. 

Gərgin idman mübarizəsi şəraitində keçən yarışın qalibləri  Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar. Yarışda 30 nəfər iştirak edib.