Tovuzda veloyürüş
- 22:00
- 29
Tovuz Rayon İcra Hakimiyyəti, Tovuz rayonu üzrə gənclər və idman sektoru və təhsil sektorunun birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş baş tutub.
Rekord.az xəbər verir ki, əvvəlcə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə Tovuz rayonu üzrə gənclər və idman sektorunun müdiri Vasif Abdullayev və Tovuz rayonu uşaq-gənclər idman-şahmat məktəbinin direktoru Məleykə Əmirzadə çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Şanlı Zəfərin tarixi əhəmiyyətindən danışıblar. Veloyürüş Heydər Əliyev Meydanından Şəhidlər Xiyabanı istiqamətində davam edib. İştirakçılar şəhid məzarlarını ziyarət edərək gül dəstələri düzüb, onların əziz xatirəsini ehtiramla anıblar. Veloyürüşdə ümumilikdə 27 nəfər iştirak edib.