Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Tovuz rayonu üzrə Gənclər və İdman sektorunun, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Tovuz rayon Komitəsinin birgə təşkilatçılığı ilə Qafqaz Əyləncə - İstirahət Mərkəzində Nərd üzrə rayon turniri keçirilib.

Rekord.az xəbər verir ki, turnirdə 28 nəfər iştirak edib. Gərgin mübarizə şəraitində keçən turnirdə l yerə Anar Cəfərov, ll yerə Tural Əliyev, lll yerə isə Qoşqar Süleymanov layiq görülüb.

Yüksək nəticə əldə edənlər diplom və hədiyyələr təqdim olunub.