
Tovuzda "Futbol hamı üçün” idman tədbiri keçirilib
- 04 Noy 2023 10:30
- 330
Tovuz Olimpiya İdman Kompleksində "İdman hamı üçün" layihəsi çərçivəsində “Futbol hamı üçün” idman tədbiri keçirilib.
Rekord.az xəbər verir ki, tədbirdə Qazax – Tovuz Regional Gənclər və İdman idarəsinin Tovuz rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Vasif Abdullayev çıxış edərək idmançılara "İdman hamı üçün" layihəsinin məqsədi barədə ətraflı məlumat verib, belə layihələrin yeniyetmə və gənclərin fiziki cəhətdən inkişafında və bu idmanın rayonda inkişafında mühüm rol oynayacağını qeyd edib.
Daha sonra məşqçi-müəllim Ruslan Abbasovun təlimatları əsasında idman tədbiri davam edib.Tədbirdə 30-dan çox idmançı iştirak edib.