Tovuz rayon Gənclər və İdman idarəsinin və rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə N.Tusi adına təbiət və texniki təmayüllü məktəb liseydə məktəbli oğlanlar arasında voleybol üzrə rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, gərgin mübarizə şəraitində keçən yarışın qalibi adını M. Musayev adına Əlimərdanlı kənd tam orta məktəbi qazanıb.

2-ci pilləni F.Qasımov adına Xatınlı kənd tam orta məktəbi, 3-cü pilləni isə A.Hüseynov adına Yanıqlı kənd tam orta məktəbinin voleybolçuları tutub. Qaliblər yekunda idarə tərəfindən diplomlarla təltif olunub.