İngiltərənin “Tottenhem” klubu itki ilə üzləşib.

Rekord.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, London klubunun futbolçusu Mett Doherti mövsümü başa vurub.

İrlandiyalı müdafiəçi 32-ci turun “Aston Villa” ilə matçında zədələnib. O, 12 həftəyə yaxın yaşıl meydanlardan uzaq olacaq.

Dohertinin əməliyyat olunub-olunmayacağı dəqiq deyil. Amma futbolçu mövsümün sonunadək komandasına kömək edə bilməyəcək.

Mett Doherti cari mövsümdə 15 matçda 2 qol vurub.