
“Tottenhem”dən növbəti transfer
- 11 İyl 2025 10:30
- 138
"Tottenhem" Mohammed Kudusun transferini rəsmiləşdirib.
Rekord.az xəbər verir ki, bu barədə London klubundan açıqlama yayılıb.
Bu keçid üçün londonlular "Vest Hem"ə 55 milyon avro ödəyiblər. 24 yaşlı qanalı futbolçu ilə 2031-ci ilin yayına kimi müqavilə imzalanıb. Kudus "Tottenhem"də 20 nömrəli formada çıxış edəcək.
Mohammed 2023-cü ildə "Ayaks"dan "Tottenhem"ə keçmişdi. O, 2024/2025 mövsümündə 35 matçda 5 qol vurub, 4 ötürmə verib.