
“Torpedo”nu əvəzləyəcək klub müəyyənləşdi
- 11 İyl 2025 19:20
- 48
Futbol üzrə Rusiya Premyer Liqasından uzaqlaşdırılan "Torpedo"nu əvəzləyəcək komanda müəyyənləşib.
Rekord.az xəbər verir ki, yeni mövsümdə Moskva təmsilçisini "Orenburq" əvəz edəcək.
Bu barədə Rusiya Futbol Federasiyasının (RFF) İcraiyyə Komitəsi qərar qəbul edib. "Orenburq" ötən mövsüm Premyer Liqada 15-ci pilləni tutaraq I Liqaya düşmüşdü.
"Torpedo" RFF-nin İntizam Komitəsi tərəfindən hakimlərə rüşvət vermək ittihamı ilə Premyer Liqadan uzaqlaşdırılıb. Klub həmçinin 5 milyon rubl cərimələnib.