Kişi voleybolçular arasında Azərbaycan çempionatında əvvəlki turlardan təxirə salınmış bir oyun keçirilib. "Rekord.az" xəbər verir ki, bu gün Yüksək Liqanın 6-cı turunun "Xarı bülbül" - "Murov" qarşılaşması baş tutub.

Voleybol Mərkəzində təşkil olunan görüşə "Murov" daha yaxşı başlayıb və ardıcıl iki hissəni öz xeyrinə yekunlaşdırıb. Növbəti setdə "Xarı bülbül" klubunun voleybolçuları çempionatın liderinə ciddi müqavimət göstərsələr də sevinə bilməyiblər. 3 hissə davam edən matçda "Murov" quru hesablı qələbəni bayram edib.

Bu qələbə ilə xallarının sayını 26-ya çatdıran "Murov" 1-ci vahid liderliyini daha da möhkəmləndirilib. Hərəyə 12 toplayan "Xarı bülbül" və "Neftçi" müvafiq olaraq 2-ci və 3-cü pillədə qərarlaşıblar. Bir xalı olan "MOİK" isə sonuncu yerdədir.

 

Yüksək Liqa 

25 fevral

VI tur (təxirə salınmış oyun)

   "Xarı bülbül" - "Murov" 0:3 (18:25, 18:25, 23:25)