
Ten Haq rəsmən "Bayer"də
- 26 May 2025 17:15
- 74
Erik Ten Haqın "Bayer"ə baş məşqçi təyinatı rəsmiləşib.
Rekord.az xəbər verir ki, bu barədə Almaniya klubunun saytı məlumat yayıb.
Niderlandlı mütəxəssislə 2027-ci ilin yayına qədər müqavilə imzalanıb. O, bu vəzifədə "Real"a baş məşqçi təyin olunan Xabi Alonsonu əvəzləyib.
Ten Haq ötən il "Mançester Yunayted"dən ayrıldıqdan sonra işsizdir.