
Təmkin Xəlilzadə "Səbail"ə keçir?
- 19 May 2023 13:00
- 673
"Zirə"dən kənarlaşdırılandan sonra klubsuz qalan Təmkin Xəlilzadə yayad yenidən futbola qayıda bilər.
Rekord.az xəbər verir ki, futbolçu "Səbail"ə keçə bilər.
Təbii ki, bunun üçün Bayıl təmsilçisi Premyer Liqada qalmalıdır. Bundan başqa, Təmkinin hazırlıq səviyyəsi də baş məşqçi Şahin Diniyevi ən azı müəyyən qədər qane etməlidir.