Futbol üzrə İran çempionatında 8-ci turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Maşinsazi” də növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Naft MİS” ilə qarşılaşıb. Təbriz klubu bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

Cənubi Azərbaycanın daha məşhur “Traktor” klubu isə bu tur səfərdə “Sanat Naft”a uduzub – 1:2.

8 turdan sonra 12 xalı olan “Traktor” 16 kollektiv arasında 5-ci, 2 xala malik “Maşinsazi” isə sonuncu pillədə qərarlaşıb.