
Tanınmış futbolçu karyerasını bitirdi
- 14:45
- 29
Niderland millisinin sabiq futbolçusu Bas Dost nəhayət ki, futbolla vidalaşıb.
Rekord.az xəbər verir ki, niderlandlı futbolçu iki il əvvəl səhhətində yaranan problemlərə görə meydançaya çıxmamaq məcburiyyətində qalmışdı.
O, əvvəlcə karyerasını davam etdirməyə ümid edirdi, ancaq reabilitasiya prosesi uğurlu alınmayıb.
Eyni xəstəliklə üzləşən Kristian Eriksen və Deyli Blinddən fərqli olaraq, onun ürək problemləri aradan qalxmayıb.
Dostun uğurlu karyerası olub. O, Portuqaliyanın “Sportinq” (93 qol), Almaniyanın “Volfsburq” (48 qol) klublarında çıxış edib və bu ölkələrin hər birində bir kubok qazanıb. 2021-ci ildə isə “Brügge” ilə Belçika çempionu olub.
Dost Niderland millisinin heyətində 18 oyunda 1 qol vurub.