Taekvondo üzrə Şəmkir UGİM-in daxili birinciliyi keçirilib
- 11:45
- 26
Şəmkir rayon Kür qəsəbə İdman Kompleksində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş taekvondo üzrə Şəmkir rayon UGİM-nin daxili birinciliyi keçirilib.
Rekord.az xəbər verir ki, yarışa şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.
Daxili birincilikdə ümumilikdə 50 nəfər idmançı iştirak edib. Qaliblər diplomlarla təltif olunublar.