Taekvondo hakimlərinin ümumrespublika seminarı təşkil olunacaq.

Rekord.az xəbər verir ki, tədbir Azərbaycan Taekvondo Federasiyasının (ATF) inzibati binasında baş tutacaq.

ATF-nin baş hakimi, beynəlxalq dərəcəli referi Gündüz Abdullayev tərəfindən keçiriləcək seminar ölkə çempionatı və birinciliklərinə seçim xarakteri daşıyacaq.

Hakimlər dekabrın 15-16-da seminarlara qatılacaq, 17-də isə yekun imtahandan keçəcəklər.