Syerra Leone millisinin baş məşqçisi mətbuat konfransına gəlmədi
- 18:32
- 90
Sabah Azərbaycan millisi ilə üz-üzə gələcək Syerra Leone millisinin baş məşqçisi Mohammed Kallon bu gün oyunöncəsi Sumqayıtda keçirilən mətbuat konfransında iştirak etməyib.
Rekord.az xəbər verir ki, ötənlərin məşhur futbolçusu milli ilə Mehdi Hüseynzadə adına stadiona təşrif buyursa da, mətbuat konfransına köməkçisi Pol Kpakanı göndərib.
Konfransdan sonra əldə etdiyimiz məlumata görə, Kallonun Syerra Leone Futbol Assosiasiyası- daha doğrusu, qurumun vitse-prezidenti - ilə problemi yaranıb. Bu səbəbdən də mətbuat konfransına qatıımaqdan imtina edib.