Qadın voleybolçular arasında Azərbaycan çempionatında daha bir oyun baş tutub. "Rekord.az" xəbər verir ki, bu gün Super Liqanın 2-ci turu çərçivəsində "Murov Az Terminal" və UNEC klubları üz-üzə gəliblər.

"Murov Az Terminal" klubunun idman zalında təşkil olunan görüş gərginliyi ilə yadda qalıb. Qarşılaşmaya daha yaxşı başlayan qonaq komanda ilk setdən qalib ayrılıb. Lakin meydan sahibləri sonradan təşəbbüsü ələ alaraq ardıcıl üç hissədə qalib gəliblər. Beləliklə, 4 set davam edən matçda "Murov Az Terminal" 3:1 hesabı ilə qələbə qazanıb.

Super Liqa

7 noyabr 

II tur

   "Murov Az Terminal" - UNEC 3:1 (18:25, 25:17, 25:19, 25:21)