Türkiyənin “Göztəpə” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisi müdafiəçi Kahraman Demirtaşı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Kahraman Demirtaş peşəkar karyerasına Belçikanın “Verviers” komandasında başlayıb. O, daha sonra “Roda”, “Den Boş”, “Niğde Anadolu” və “Altınordu” klublarının da uğurları üçün çalışıb.