
Super Liqa klubu baş məşqçini istefaya göndərdi
- 23 Mar 2022 18:20
- 478
Türkiyənin “Altay” klubu baş məşqçi Sərkan Özbalta ilə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 43 yaşlı mütəxəssisin istefaya göndərildiyi bildirilib.
Özbalta yanvarın 27-də komandanın baş məşqçisi təyin olunmuşdu.
30 turdan sonra 29 xal toplayan “Altay” Türkiyə Super Liqasında turnir cədvəlinin 17-ci pilləsindədir.