Futbol üzrə Azərbaycan I Liqasındakı acımacaqlı vəziyyət diqqət çəkməyə bilməz.

Rekord.az xəbər verir ki, demək olar ki, liqa süni meydançada oynanılır.

Belə ki, yarışda iştirak edən 10 komandadan 9-unun ("Baku Sportinq" otda oynayır) ev meydançası süni örtüklüdür. Siyahını sizə təqdim edirik:

1. "Şəfa". Binə qəsəbə stadionu. Süni örtük.
2. "Səbail. ASCO Arena. Süni örtük.
3. "Baku Sportinq". Buzovna qəsəbə stadionu. Təbii örtük.
4. "Mingəçevir". Mingəçevir, ehtiyat m. Süni örtük.
5. "Zaqatala". Zaqatala OİK. Süni örtük.
6. "Şahdağ-Qusar". Şamaxı OİK. Süni örtük.
7. MOİK. Binə qəsəbə stadionu. Süni örtük.
8. "Difai". Ağsu şəhər stadionu. Süni örtük.
9. "Şimal". Şamaxı OİK. Süni örtük.
10. "Cəbrayıl". Şamaxı OİK. Süni örtük.
Bu o deməkdir ki, bütün mövsümdə keçiriləcək matçlardan cəmi 14-ü təbii, qalan 121 matç isə süni örtüklü meydançalarda keçiriləcək.