"Sumqayıt"ın yarımmüdafiəçisi Ronaldo Vaskes Dominikan Respublikası millisinə dəvət alıb.


Rekord.az xəbər verir ki, bu barədə Sumqayıt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.


Dominikan Respublikası dünya çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 7-si və 11-də müvafiq olaraq Qvatemala və Dominika ilə qarşılaşacaq.


Marselo Nevelefin yetirmələri daha sonra Şimali və Mərkəzi Amerika ölkələrinin iştirakı ilə keçirilən "CONCACAF Gold Cup" turnirində iştirak edəcək. A qrupunda yer alan Dominikan Respublikası iyunun 15-də Meksika, 19-da Kosta Rika, 23-də isə Surinamla qarşılaşacaq.