
Sumqayıtın ikinci stadionundan yeni xəbər yoxdur
- 05 Dek 2022 12:00
- 505
Sumqayıtın ikinci böyük stadionu olan "İnşaatçı"nın dövlət proqramına salınması haqda məlumat vermişdik.
Rekord.az xəbər verir ki, proqrama görə, arena ya təmir olunacaq, ya da sökülərək, yenidən qurulacaq.
Lakin aldığımız son məlumata görə, işlərə nə zaman başlanılacağı, ümumiyyətlə, arenanın hansı dövrü əhatə edən prpoqrama daxil edilməsi hələ müəyyənləşməyib.