Şəkildə gördüyünüz futbol meydançası Sumqayıt şəhərindəki Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşir.

Rekord.az xəbər verir ki, bu meydança bir neçə il bundan öncə Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə "Sağlam məhəllə"layihəsi çərçivəsində salınıb.

Lakin təəssüf ki, sözügedən meydança hazırda bərbad durumdadır. Yeni salınanda burada süni örtük olsa da, həmin meydança da tamamilə dağılıb. Hazırda həmin meydançadan köhnə asfalt və yararsız "setka" hasar qalıb. Baxmayaraq ki, bu vəziyyətdə belə, burada futbolla məşğul olan uşaqlar var. Sumqayıt şəhər mərkəzi sözügedən qəsəbədən uzaq olduğu üçün uşaqlar üçün ora gedib-gəlmək də çətindi. Bu mənada bu meydançanın ciddi təmirə ehtiyacı var. Meydança Sumqayıt İcra Hakimiyyətinin balansındadır. Ümid edirik ki, icra hakimiyyəti qısa zamanda bu meydançanı təmir edib əvvəlki görünüşünə qaytaracaq.