“Sumqayıt” klubu daha bir futbolçusu ilə müqaviləni yeniləyib.

Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, vitse-kapitan Vüqar Mustafayevlə 3 illik yeni sözləşmə imzalanıb.

2019-cu ildən Sumqayıt təmsilçisinin şərəfini qoruyan 28 yaşlı dayaq yarımmüdafiəçisi bu müddət ərzində ümümilikdə 64 oyunda meydana çıxıb. O, həmçinin Azərbaycanın U-21, U-23 və əsas millilərinin də uğurları üçün çalışıb.

“Sumqayıt” bundan əvvəl kapitan Vurğun Hüseynovla da yeni müqavilə imzalamışdı.