Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, cüdo təlim-məşq bazasında "İdman hamı üçün" layihəsi çərçivəsində cüdo idman növü üzrə nümunəvi çıxışlar keçirilib.

Rekord.az xəbər verir ki, tədbirin təşkilində məqsəd uşaq, yeniyetmə və gənclər arasında cüdo idman növünə marağın artırılması, asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin təbliğidir.