"Sumqayıt" ciddi itki ilə üzləşib.

Rekord.az xəbər verir ki, bir müddət bundan qabaq zədələnən əsas qapıçı Mehti Cənnətovun durumu ürəkaçan deyil.

Həkimlərin son müayinəsindən sonra məlum olub ki, Cənnətov sentyabr ayında, ümumiyyətlə, meydançaya çıxa bilməyəcək. O, ən yaxşı halda oktyabrın ilk həftəsində komandaya qoşula biləcək.