Sumqayıt Dövlət Universiteti tərəfindən analoqu olmayan qərar qəbul edilib.

Rekord.az xəbər verir ki, universitet rəhbərliyi universitetin stadionunun ortasından asfalt yol çəkiblər.

Anormal qərarlarını isə artıq universtetdə idman fənninin tədris olunmaması ilə izah ediblər. Təbii ki, idman ölkəsi adlandırılan bir ölkənin idman şəhərində universitet rəhbərliyinin bu qərarı biabırçılıqdan başqa bir şey deyil. Bu biabırçı qərar eyni zamanda dövlətin idman siyasətinə də qarşıdır.