
“Sumqayıt” və “Qəbələ” yoxlama oyunu keçirəcək
- 09 Okt 2020 19:00
- 640
UEFA Millətlər Liqasının oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən "Sumqayıt" yoxlama oyunu keçirəcək.
Rekord.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi "Qəbələ" ilə qarşılaşacaq.
Oktyabrın 10-da Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək matça saat 16:30-da start veriləcək. Bu barədə “Sumqayıt”ın mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, “Sumqayıt”la “Qəbələ” Premyer Liqa çərçivəsində cəmi bir həftə öncə Qəbələdə üz-üzə gəlmiş və 1:1 hesablı heç-heçəyə razılaşmışdı.