
Sumqayıt stadionundan daha bir yeni xəbər
- 14 Yan 2022 17:00
- 956
Mehdi Hüseynzadə adına stadionunda işlər davam etdirilir. Düzdür hələ ki, yüngül işlər görülür, arenanın dəniz istiqamətində olan fasadlarında suvanma işləri aparılır.
Lakin Rekord.az xəbər verir ki, ən geci fevral ayından sonra işlərə start veriləcək və arena qısa müddətdə təhvil veriləcək.
Artıq iqtisadiyyat nazirliyinin əməkdaşları yekun işlər üçün tələb olunan vəsaitin miqdarını müəyyən edib nazirliyə təqdim ediblər. Nazirlik isə lazım olan vəsaiti ən geci fevrala kimi tikintini aparan şirkətin hesabına köçürəcək.