Xəbər verdiyimiz kimi, Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda yenidənqurma işləri yenidən bərpa olunub.

Rekord.az xəbər verir ki, aprelin əvvəllərdindən bərpa edilən işlər ilin sonuna kimi yekunlaşacaq.

Arenanın direktoru Nadir Quliyev "Dünya" TV-ə açıqlamasında bu haqda məlumat verib.

Qeyd edək ki, yenidən qurulacaq stadionun tamaşaçı tutumu 16 min nəfər olacaq.