"Sumqayıt" veteran futbolçular Vurğun Hüseynovla Elvin Məmmədovla yeni müqavilə bağlayıb.

Rekord.az xəbər verir ki, əslində bu futbolçular baş məşqçi Ayxan Abbasovun gələcək planlarında yer almamışdı.

Çünki baş məşqçi avrokuboklar və növbəti mövsüm üçün daha cavan və daha hazırlıqlı futbolçular istəyirdi. Lakin maddi durum buna imkan vermədiyi üçün məcbur olub  33 yaşlı futbolçularla yeni müqavilə bağlanılmasına razılıq verdi.