"Sumqayıt" onu saxlayacaq
- 11 Mar 2026 13:00
- 360
Aleksa Yankoviç böyük ehtimalla daha bir mövsüm "Sumqayıt"ın şərəfini qoruyacaq.
Rekord.az-a daxil olan məlumata görə Sumqayıt təmsilçisi ona yeni müqavilə təklif edəcək.
Düzdür, xorvat yarımmüdafiəçi ona olan ümidləri tam olaraq doğurultmadı. Lakin "Sumqayıt" futbolçunun potensialını nəzərə alaraq ona yeni bir şans verməyi düşünür.