Dünən AFFA-nın bayrağı altında keçirilən ölkə çempionatının Şimal zonası üzrə ikinci turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, "Sumqayıt" Futbol Akademiyasının nəzdində fəaliyyət göstərən ŞRFF (Şimal Regional Futbol Federasiyası) komandası "Ələt"lə üz-üzə gəlib.

Azad Mütəllimovun rəhbərlik etdiyi Sumqayıt təmsilçisi ələtliləri 5:0 hesabı ilə məğlub edib. Sumqayıt komandasından qolları Cəlal Sayl, Roman Pirverdiyev, Sultan Əliyev, Ömər Qəhrəmanov və Şahan  Əliyev vurub. 

Qeyd edək ki, ŞRFF ilk turda "Uğur" komandasını da 3:1 hesabı ilə məğlub etmişdi.