
“Sumqayıt” İrandan daha bir futbolçu gətirmək istəyir
- 22 Sen 2020 17:00
- 928
“Sumqayıt” daha bir futbolçu ilə güclənmək istəyir.
Rekord.az-a daxil olan məlumata görə, Sumqayıt təmsilçisi Cənubi Azərbaycanın “Traktor” klubundan daha bir ön xətt oyunçusunu icarəyə götürmək niyyətindədir.
Lakin ilk növbədə maddi durum buna imkan verməlidir. Hazırda rəhbərlik bu yöndə iş aparır, büdcənin vəziyyətini götür-qoy edir. Bundan başqa, Avropa Liqasında iştiraka görə UEFA-dan gələcək pula da çox ümid edir.
Qeyd edək ki, həmin vəsait AFFA-nın xətti ilə klubun hesabına köçürülməlidir.