"Sumqayıt" Futbol Akademiyası qış fəslinin yaxınlaşması ilə əlaqədar olaraq məşq qrafikində dəyişiklik edib.

Rekord.az xəbər verir ki, akademiyanın "Təməl qrupu" və eləcə də U-9 komandaları dekabrın 1-dən etibarən qış zalına köçüb.

Sözügedən komandalar mart ayının sonuna qədər məşqlərini Sumqayıt Olimpiya İdman Kompleksinin zalında keçəcək.