
"Sumqayıt" Futbol Akademiyası qış rejiminə keçdi: açıq havadan zala
- 05 Dek 2022 11:43
- 461
"Sumqayıt" Futbol Akademiyasının aşağı yaş qruplarından ibarət komandaları qış fəslinin gəlişi səbəbindən məkan dəyişikliyinə keçib.
Klubdan Rekord.az-a verilən məlumata görə, bu həftədən etibarən 4-8 yaşa aralığında uşaqların yer aldığı "Təməl Qrupu" məşqlərini həm də şəhərin 17 mk-da fəaliyyət göstərən Sumqayıt Olimpiya Kompleksinin idman zalında keçəcək.
Yağışlı, küləkli və daha soyuq havalarda məşqlər kompleksə təyin olunacaq.