Cari mövsüm uğurlu oyunu ilə diqqət çəkən "Sumqayıt"ın Cənubi Azərbaycandan olan futbolçusu Əli Qurbani hazırda 5 qolla Premyer Liqanın vahid bombardiridir.

Rekord.az-a daxil olan məlumata görə, artıq bəzi Premyer Liqa klubları Qurbanini qışda öz heyətində görmək istəyir.

Lakin "Sumqayıt" ən azı mövsümün sonuna kimi bombardirini satmağı düşünmür. 

Qeyd edək ki, Qurbani yayda "Sumqayıt"la 1+1 formatında müqavilə bağlayıb.