Stolüstü tennisçimiz beynəlxalq yarışı iki mükafatla başa vurdu
- 13:40
- 29
Stolüstü tennisçi Onur Quluzadə "WTT Youth Star Contender Tunis 2026" yarışında uğurla çıxış edib.
Rekord.az xəbər verir ki, U-15 yaş dərəcəsində mübarizə aparan istedadlı idmançının qoşa yarışlarda baş mükafata layiq görülduyünü xəbər vermişdik.
Bununla kifayətlənməyən seçmə komandamızın üzvü, şəxsi mübarizədə də etimadı doğruldub. Finaladək bütün rəqiblərini üstələyən Onur, yalnız finalda ispaniyalı Ladimir Mayorova uduzaraq ikinci yeri tutub.
Beləliklə, Onur Quluzadə ilin ilk sınağını iki mükafatla başa vurub.